Azərbaycan çimərlik voleybolunda liderdir

İdman

17.02.2025 09:31

975

Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə ölkələrin reytinqini açıqlayıb.   

TodayPress xəbər verir ki, Azərbaycanın çimərlik voleybolu üzrə yığma komandası həm qadınların (75 xal), həm də kişilərin (90 xal) sıralamasında birinci yerdə qərarlaşıb.   

Ölkəmizin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa kubokunda komandalarımızın uğurlu çıxışı sayəsində daha da artıb.   

2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “AZERRAIL”in həm qadın, həm də kişi komandaları Avropa kubokunun qalibi olublar.   

Namiq HUN

tag: Murov Az Terminal, Avropa,AZERRAIL,Klub,Todaypress.az,