Azərbaycan gimnastları İtaliyada tarix yazdılar

İdman

08.07.2024 14:53

2075

İtaliyada keçirilən akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq turnirində Azərbaycan millisi 3 qızıl və 1 gümüş medal qazanıb.

TodayPress xəbər verir ki, duetlərin yarışında Ağasif Rəhimov ilə Raziyə Seyidlidən ibarət qarışıq, Daniel Abbasov və Murad Rəfiyevin yer aldığı kişi tandemi Turin turnirinin baş mükafatını qazanıb. 

Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidovadan ibarət qadın qrupu da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovdan ibarət kişi qrupu isə “Turin Acro Cup” beynəlxalq turnirinin gümüş mükafatına layiq görülüb.

Namiq HUN

tag: Azərbaycan, Gimnastlar, Ağasif Rəhimov, Raziyə Seyidli, Daniel Abbasov, Murad Rəfiyev, todaypress.az,