Azərbaycan medal sıralamasında irəlilədi
Azərbaycan Paris Olimpiadasında medal sıralamasında 22-ci pilləyə yüksəlib.
TodayPress xəbər verir ki, bu, taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş medal qazanması sayəsində mümkün olub.
Multiidman oyunlarının on iki günündən sonra komandamızın aktivində iki qızıl və bir gümüş medal var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.
İlk "üçlük"də ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş və 11 bürünc) yer alıblar.
Namiq HUN
tag: Azərbaycan, Medal,Hidayət Heydərov ,Zelim Kotsoyev,Çin, todaypress.az,