Azərbaycan millisi ümumi hesabda üçüncü oldu
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.
TodayPress xəbər verir ki, turnirdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycan komandası ümumi hesabda üçüncü yeri tutub.
“Böyük Dəbilqə” turnirinin qalibi adını 10 qızıl, 4 gümüş və 3 bürünc medala sahib çıxan Yaponiya komandası qazanıb.
Millimiz aktivində 1 qızıl, 2 gümüş və 1 bürünc medal olan Almaniya komandasından da geri qalıb.
Cüdo millimiz kişilər arasında isə Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb.
Namiq HUN
tag: Böyük Dəbilqə,Azərbaycan,Milli,Almaniya,Qızıl,Medal,