Azərbaycan millisinin olimpiya heyəti təsdiqləndi
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın qrup hərəkətləri üzrə bədii gimnastika yığmasının heyəti təsdiqlənib.
TodayPress xəbər verir ki, olimpiadada qrupların tərkibi beş gimnastdan ibarət olmalıdır.
Millimiz Paris Olimpiadasına lisenziyanı altı idmançı ilə qazanıb. Beş halqa ilə yarışda Darya Sorokina, üç lent və iki topla çıxışda isə Kamilla Əliyeva digər dörd gimnasta qoşulub.
XXXIII Yay Olimpiya Oyunlarında Zeynəb Hümmətova, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Ləman Əlimuradovanın yer alacağı komandada Darya Sorokina yer alacaq.
Namiq HUN