Azərbaycan şahmatçısı liderlər arasında

İdman

18.03.2025 11:15

2517

Rumıniyada kişi şahmatçılar arasında Avropa çempionatı keçirilir.   

TodayPress xəbər verir ki, Eforie Nord turnirində Azərbaycan şahmatçılarından ən yaxşı nəticə Misrəddin İsgəndərovun aktivindədir.   

Çempionatın III turunda növbəti qələbəsini qazanan İsgəndərov liderlər qrupunda yer alıb.

O, maksimum nəticə göstərən 6 zəka sahibindən biridir.   

Digər şahmatçılarımızdan 2,5 xal toplayan Məhəmməd Muradlı 23-cü, Raed Səmədov 30-cu, Əhməd Əhmədzadə 43-cü pillədə qərarlaşıb.   

Qeyd edək ki, 40 ölkədən ümumilikdə 376 idmançının mübarizə apardığı yarışda Azərbaycanı 13 şahmatçısı at oynadır.   

Namiq HUN

tag: Şahmat,Misrəddin İsgəndərov,Çempionat,Ruminiya,Todaypress.az,