Azərbaycan UEFA reytinqindəki yerini qorudu
Çempionlar Liqasının Liqa mərhələsinin VI turunun ilk gününün matçları UEFA reytinqində bəzi xal dəyişikliklərinə səbəb olub.
TodayPress xəbər verir ki, ölkələrin mövqelərində yerdəyişmə olmayıb.
Azərbaycan 19,625 xalla Avropada 27-ci pillədə qalıb. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” klubları 1,250, “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 xal əldə edib.
Qeyd edək ki, UEFA reytinqinə 97,928 xalla İngiltərə başçılıq edir.
Namiq HUN
tag: Qarabağ, Mövsüm, UEFA, Reytinq, todaypress.az,