Azərbaycanın həndbol millisi ABŞ yığmasına məğlub oldu
Azərbaycan millisi həndbolu inkişaf etməkdə
olan ölkələrin çempionatında bu gün növbəti oyununu keçirib.
TodayPress-in məlumatına görə, B qrupunda yer alan yığma
Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə ABŞ ilə üz-üzə gəlib.
Qarşılaşma rəqib komandanın 45:25 hesablı qələbəsi ilə
başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovaya
21:33, Nigeriyaya 17:29 hesabı ilə uduzub.
tag: Azərbaycan,Nigeriya, Milli, Çempionat, ABŞ, Moldova, todaypress.az,