Azərbaycanlı xizəkçilərdən 1 qızıl və 1 bürünc medal
Xizək yarışı üzrə ilk Türk Dövlətləri Kuboku keçirilib.
TodayPress xəbər verir ki, fevralın 18-də Özbəkistanın Amirsoy Dağ Kurortunda həvəskarlar arasında xizək yarışı üzrə ilk Türk Dövlətləri Kuboku keçirilib.
Turnirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkiyədən müxtəlif yaş kategoriyalarında olan 50-ə yaxın xizəkçi iştirak edib.
Yarışın nəticələrinə əsasən Azərbaycandan qatılan həvəskar xizəkçilər Ceyhun Balametov qızıl, Famil Valimotov isə bürünc medala sahib olublar.
Yarışın keçirilməsindən məqsəd idman sahəsində türkdilli dövlətlərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və insanlar arasında xizək idmanına marağı artırmaqdır.
Namiq HUN
tag: Xizək,Yarış,Qazaxıstan,Ceyhun ,Todaypress.az,
