Barkero altı il müddətinə diskvalifikasiya edildi

İdman

17.02.2025 12:50

2469

İspaniyalı fiqurlu konkisürən Laura Barkero antidopinq qaydalarını pozduğuna görə 6 il müddətinə diskvalifikasiya edilib.   

TodayPress “Hielo Espanol”a istinadən xəbər verir ki, Barkero 2022-ci ildə Pekin Qış Olimpiya Oyunlarında Marko Zandron ilə duet çıxışnda 11-ci yeri tutub. 

Lakin yarışların başa çatmasına 3 gün qalmış onun dopinq testi müsbət nəticə göstərib. Barkeronun 2023-cü ildə verdiyi növbəti test də müsbət çıxıb. 

İdmançının cəza müddəti 2022-ci ildən başlayır. Təxminən üç il davam edən araşdırmalar müddətində Laura Barkero karyerasını başa vurub və təhsilinə diqqət yetirib.   

Namiq HUN

tag: İspaniya, Laura Barkero,Pekin Qış Olimpiya,Marko Zandron,Todaypress.az,