“Barselona” tarix yazdı
“Barselona” futbol klubu rəsmi “YouTube” kanalında 20 milyondan çox abunəçisi olan ilk klub kimi tarixə düşüb.
TodayPress xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Barselona”nın 2006-cı ildən fəaliyyət göstərdiyi “YouTube” kanalında 20.1 milyon izləyicisi var.
“Barsa”nın əzəli rəqibi “Real Madrid” klubunda isə izləyici göstəricisi 16,3 milyondur.
Namiq HUN
tag: İdman, Futbol, Barselona, Kataloniya klubu, todaypress.az,
