“Bavariya” Bundesliqa tarixinə düşdü

İdman

01.03.2025 12:58

909

“Bavariya” klubu Bundesliqanın ikinci ən yaxşı nəticəsini göstərib.   

TodayPress xəbər verir ki, Münhen təmsilçisi cari mövsüm Almaniya çempionatının ilk 24 turunda 72 qol vurub. 

Bu, çempionat tarixində ikinci ən yaxşı nəticədir. 

Bundesliqada eyni oyun sayında daha çox qol yalnız 2021/2022 mövsümündə vurulub. 75 qol rekord da “Bavariya”ya məxsusdur. 

Cari mövsüm vurulan 72 qoldan 21-i Harri Keynini payına düşür. Komandada məhsuldarlığı ilə seçilən ikinci bombardir isə 11 qolla Camal Musialadır. 

Qeyd edək ki, Bundesliqada qolların sayına görə ikinci komanda “Bayer 04”dür. Son Almaniya çempionu 23 oyunda 51 qol vurub.   

Namiq HUN

tag: Bavariya, Münhen,Futbol,Klub,Liqa,Todaypress.az,