“Bavariya” müdafiəçisi ilə yollarını ayıra bilər

İdman

04.03.2025 10:33

1691

“Bavariya” klubunun müdafiəçisi Saşa Boey yayda komandanı tərk edə bilər.

TodayPress yerli mətbuata istinadən xəbər verir ki, fransalı futbolçuya təklif gələrsə, o, klubu tərk edəcək.

Münhen təmsilçisi 24 yaşlı futbolçunun hazırkı çıxışından narazıdır.

Qeyd edək ki, “Qalatasaray”dan 30 milyon avroya transfer edilən Boey cari mövsüm Bundesliqa təmsilçisinin heyətində 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Bavariya,Saşa Boey,Fransa,Futbol,Qalatasaray,todaypress.az,