“Bavariya” seçimini etdi
“Bavariya” klubu “Brayton”un qolkiperi Bart Verbryuggeni heyətinə qatmağı planlaşdırır.
TodayPress “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi niderlandlı qolkiperə görə “Brayton”a 72 milyon avro ödəməyə hazırdır.
22 yaşlı futbolçu 38 yaşlı Manuel Noyerin əvəzləyicisi kimi nəzərdən keçirilir.
Qeyd edək ki, Bartın “Brayton”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Namiq HUN
tag: Bart Verbryuggen,Bavariya,Brayton,Transfer,Todaypress.az,