Bir dəqiqədə beş qırmızı vərəqə

İdman

27.03.2025 16:55

2133

Region Liqasında keçirilən qalmaqallı İCBFA – “Xudat City” oyununda baş verənlərə hüquqi qiymət verilib.

TodayPress xəbər verir ki, AFFA-nın İntizam Komitəsi görüşün 80-ci dəqiqəsində yaşananları müzakirə edərək müvafiq qərarlar verib.

Həmin vaxt təcavüzkar davranışa görə 5 futbolçu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

İCBFA-nın futbolçuları Rüfət Cəbrayıllı, Fərhad Eyvazlı, Tural Səfərli, “Xudat City”nin oyunçuları Ranar Aşurbəyov və Telman Ağabalayev 4 oyun cəzalandırılıblar.

tag: AFFA,Cəza,Qırmızı KArt,Rekord,Todaypress.az,