Bir milyardlıq çempionat
FİFA bu il keçiriləcək klublararası dünya çempionatının mükafat fondunu açıqlayıb.
TodayPress xəbər verir ki, yarışın 32 iştirakçısı ümumilikdə 1 milyard dollar qazanacaq.
Dünya çempionu olacaq komandanın qazancı 125 milyona çata bilər. FİFA turnirdən 250 milyon gəlir götürməyi planlaşdırır. Bu məbləğ bütün dünya üzrə klub futbolunun inkişafına yönələcək.
Qeyd edək ki, ABŞ-də keçiriləcək çempionat iyunun 15-də başlayacaq və iyulun 13-dək davam edəcək.
tag: İdman,FİFA,Çempionat,Futbol,todaypress.az,