Braziliya millisində 60 ildən sonra ilk yaşandı

İdman

13.05.2025 02:23

17

Futbol üzrə Braziliya millisinə 1965-ci ildən sonra ilk dəfə əcnəbi baş məşqçi rəhbərlik edəcək.

TodayPress xəbər verir ki, bu gün yığmanın "sükanı arxasına" gətirilən italiyalı Karlo Ançelotti 60 ildən sonra "sambaçılar"ı çalışdıracaq ilk əcnəbi mütəxəssis olacaq.

Sonuncu dəfə milliyə əcnəbilərdən argentinalı Filpo Nunyes rəhbərlik edib.

Qeyd edək ki, bu, Ançelottinin də ilk yığma komanda sınağı olacaq. 65 yaşlı baş məşqçi Braziliyanı 2026-cı il dünya çempionatına hazırlayacaq. O, seçmə mərhələdə Ekvador (6 iyun) və Paraqvaya (11 iyun) qarşı keçiriləcək oyunlarda millini meydana çıxaracaq.

tag: Filpo Nunyes, Futbol, Braziliya, Əcnəbi, todaypress.az,