CAR 2036-cı il Olimpiadasına ev sahibliyi edə bilər
Cənubi Afrika Respublikası (CAR) Yay Olimpiya Oyunlarına ev sahibliyi edən ilk Afrika ölkəsi ola bilər.
TodayPress Cənubi Afrika Olimpiya Komitəsinə istinadən xəbər verir ki, 2036-cı il Yay Oyunlarına ev sahibliyi etmək üçün ölkənin namizədliyi gələn ilin fevral ayında rəsmiləşə bilər.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Afrika qitəsində ilk Olimpiadanın keçirilməsinə müsbət yanaşır.
2015-ci ildə Cənubi Afrika Respublikası 2022-ci il Birlik Oyunlarına ev sahibliyi etmək hüququnu qazansa da, 2 il sonra maliyyə səbəblərinə görə bu ideyadan imtina edib və o vaxt İngiltərənin Birmingem şəhəri bu missiyanı öz üzərinə götürüb.
Xatırladaq ki, 2028-ci ildə Yay Olimpiya Oyunlarına ABŞ-nin Los-Anceles, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək.
Namiq HUN
tag: ABŞ, Olimpiya, Oyun, Cənubi Afrika Respublikası, todaypress.az,