Cəlilabadın həndbol komandası zona birinciliyinin qalibi oldu
2010-cu il və daha kiçik
yaş qrupundan olan oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin
cənub bölgəsi üzrə zona yarışna yekun vurulub.
TodayPress xəbər verir ki, Cəlilabad Olimpiya
Kompleksində keçirilən yarışda yerli komanda ilə yanaşı, Lənkəran, Yardımlı,
Neftçala və Lerik idmançıları mübarizə aparıblar.
Zona yarışı finalda Lənkəran təmsilçisini 9:8 hesabı ilə
məğlub edən Cəlilabad komandasının qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, zona yarışlarında ilk iki pillədə
qərarlaşan komandalar Azərbaycan birinciliyinə qatılmaq hüququ əldə ediblər.
tag: Cəlilabad, Həndbol, Neftçala, Qalib, Lənkəran, todaypress.az,