“Çelsi” Mareska ilə yoluna davam edəcək
“Çelsi” klubunun rəhbərliyi baş məşqçi Enzo Mareska ilə bağlı qərar verib.
TodayPress xəbər verir ki, londonlular italiyalı mütəxəssisi işdən çıxarmaq niyyətində deyillər.
Rəhbərlik nəticələrin zəif olmasına baxmayaraq, Mareskaya güvənir.
Enzo ötən ilin yayından “Çelsi”ni çalışdırır. Tərəflər arasında mövcud müqavilə 2029-cu ilin yayında başa çatacaq.
Qeyd edək ki, “Çelsi” Premyer Liqanın 27 turundan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Namiq HUN
tag: İdman,Çelsi,Enzo Mareska,Baş məşqçi,todaypress.a,