Çempionlar Liqasının oyunu ləğv edildi
Asiya Çempionlar Liqasının II turunun
"Traktor" (Təbriz) - “Mohun Baqan” (Hindistan) oyunu ləğv edilib.
TodayPress xəbər verir ki, oktyabrın 2-si baş tutmalı
olan görüş qonaq komandanın Təbrizə gəlməməsi səbəbindən keçirilməyəcək.
Hindistan təmsilçisinə Asiya Futbol Konfederasiyası
tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.
tag: Təbriz, Futbol, idman,Traktor,Baqan,todaypress.az,