Ceymi Vardi “Tottenhem” azarkeşlərinə sataşdı

İdman

20.08.2024 18:45

1999

“Lester”in hücumçusu Ceymi Vardi Premyer Liqanın ilk turu “Tottenhem”ə qol vuraraq, komandasına xal qazandırıb (1:1).

TodayPress xəbər verir ki, o, meydanı tərk edərkən “Tottenhem” azarkeşlərini ələ salıb. 

37 yaşlı futbolçu formasının qolundakı Premyer Liqanın loqosunu göstərərək, bir dəfə çempion olduqlarına işarə edib. Vardi daha sonra “Tottenhem” azarkeşlərinə əli ilə “0” göstərib və londonluların bu titulu heç vaxt qazanmadıqlarına işarə edib.

Qeyd edək ki, “Lester” 2015/2016 mövsümündə İngiltərə çempionu olub.

Namiq HUN

tag: Lester, Tottenhem, Liqa, Ceymi Vardi, Futbol, todaypress.az,