Conatan Ta şərtini açıqladı
“Bayer 04”ün mərkəz müdafiəçisi Conatan Ta karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
TodayPress xəbər verir ki, almaniyalı futbolçu uzun müddətdir ki, Premyer Liqada çıxış etmək istəyirdi.
“Qırmızı şeytanlar” mövsümün sonunda azad agentə çevriləcək Tahı “yay transfer”ində heyətinə qatmaq niyyətindədir.
Ta isə Mançester təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə danışıqlar aparacağını bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” Avropa Liqasının finalında “Tottenhem”lə qarşılaşacaq.
Qalib komanda yeni mövsümdə Çempionlar Liqasında iştirak haqqı qazanacaq.
Namiq HUN
tag: Conatan Ta,Bayer 04,Mançester Yunayted,Transfer,Todaypress.az,