Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurdu
Gürcüstanın Qori şəhərində keçirilmiş böyüklər arasında cüdo üzrə Avropa Kuboku başa çatıb.
TodayPress xəbər verir ki, yarışın ikinci – sonuncu günündə milli komandamız aktivinə daha bir medal əlavə edib.
81 kq çəki dərəcəsində mübarizə aparan Məhərrəm İmamverdiyev gümüş medala layiq görülüb.
Turnirin ilk günündə isə Nazir Talıbov (66 kq) qızıl, Babarəhim Mirzəyev (60 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) bürünc medal qazanmışdı.
Cüdoçularımız bu nəticələrlə turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub.
Qeyd edək ki, Azərbaycan 15 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.
tag: Gürcüstan,Qori,Avropa Kuboku,Məhərrəm İmamverdiyev,todaypress.az,