Dağ keçisi velosipedçiyə hücum etdi
Albaniyada keçirilən “Giro d’İtalia” veloturun üçüncü mərhələsində qeyri-adi hadisə baş verib.
TodayPress xəbər verir ki, Vloredə başlayan 160 kilometrlik yürüşün başlanğıcında idmançılar kiçik dağ keçisi sürüsü ilə qarşılaşıblar.
Heyvanlardan birinin qəfil görüşə reaksiyası aqressiv olub. Dağ keçisi “Intermarche Wanty” komandasının Yeni Zelandiyadan olan velosipedçisi Dion Smitə hücum edib.
Xoşbəxtlikdən toqquşma xəsarətsiz ötüşüb. Keçi idmançının üzərinə tullanmaq istəyib. Dion isə yolun kənarına çəkilərək velosipedində qalmağı bacarıb. Keçi də uğursuz hücumdan sonra qayalıqlara tərəf qaçıb.
Namiq HUN
tag: Dağ keçisi,İdmançı,Hücum,Hadisə,todaypress.az,