DÇ-2030-a hazırlıq üçün birgə komissiya yaradılacaq
Mərakeş, İspaniya və Portuqaliya DÇ-2030-a ev sahibliyi etmək üçün üç ölkənin səylərini birləşdirəcək birgə komissiya yaradacaq.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Mərakeş Krallığının Futbol Federasiyası bəyanat yayıb.
Komissiyanın yaradılması ilə bağlı razılıq Saledə Mərakeş Krallığının Futbol Federasiyasının prezidenti Fauzi Lekjaa ilə İspaniya Kral Futbol Federasiyasının rəhbəri Rafael Luzan arasında keçirilən görüşdə əldə olunub.
Söhbət zamanı 2030-cu il dünya çempionatının uğurlu təşkilini təmin etmək üçün üç ölkə tərəfindən birgə komissiyanın yaradılmasının sürətləndirilməsinin zəruriliyinə işarə edilib.
Namiq HUN
tag: Mərakeş,Portuqaliya , DÇ-2030,İspaniya ,Todaypress.az,