Donçiç bir oyuna tarixə düşdü
“Los Anceles Leykers”in sloveniyalı basketbolçusu Luka Donçiç Kaliforniya təmsilçisinin lideri Lebron Ceymsin uğurunu bir oyunda təkrarlamaqla klubun tarixinə düşüb.
TodayPress xəbər verir ki, bu barədə “X”də “StatMamba” hesabı məlumat yayıb.
“Los Anceles Leykers”in 25 yaşlı basketbolçusu “Denver Naqqets” (123:100) ilə qarşılaşmada 32 xal, 10 ribaund və 7 məhsuldar ötürmə edib. O, həmçinin 4 dəfə top alıb və 4 üç xallıq zərbə endirib.
Qeyd edək ki, əvvəllər “Leykers”də yalnız Lebron Ceyms oxşar nəticəyə nail olub.
Namiq HUN
tag: Los Anceles Leykers,Basketbol,Luka Donçiç,Kaliforniya,todaypress.az,