Əfsanələr yeni formatda qarşılaşdılar
ABŞ Milli Basketbol Assosiasiyası (NBA) tarixində 74-cü dəfə keçirilən “All Star”ın qalibi müəyyənləşib.
TodayPress xəbər verir ki, həlledici görüşdə əfsanəvi basketbolçular Şakil O`Nilin “Şaq” və Çarls Barklinin “Çak” komandaları qarşılaşıb.
“Çak”ın heyətində Türkiyə millisinin basketbolçusu Alpərən Şəngün də yer alıb.
Rəqibini 41:25 hesabı ilə məğlub edən “Şaq” kollektivi yeni formatda təşkil olunan turnirin çempionu olub.
ABŞ-nin “Hyuston Rokets” komandasında çıxış edən 22 yaşlı Şəngün “All Star” qarşılaşmasını 4 xal və 1 ribaundla tamamlayıb.
Namiq HUN
tag: ABŞ ,Alpərən Şəngün ,Hyuston Rokets,All Star,Todaypress.az,