"Elfsborq" - "Qarabağ" oyununun hakimləri bəlli oldu
İsveçdə yerli "Elfsborq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası oyununun hakimləri məlum olub.
TodayPress xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.
FIFA referisi Antoniu Nobreyə bu işdə laysmanlar Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcəklər.
Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turunun dekabrın 12-də keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Namiq HUN
tag: FİFA ,Portuqaliya, Ədalət, Təmsilçi, todaypres.az,