Ernandesin evinə hücum edildi
PSJ-nin futbolçusu Lukas Ernandes xoşagəlməz halla üzləşib.
TodayPress xəbər verir ki, müdafiəçinin evi qarətçilərin hücumuna məruz qalıb.
Hadisə zamanı Lukasın həyat yoldaşı İvelina evdə olub.
Evin təhlükəsizliyi ilə məşğul olan şirkətin işçilərindən biri qarətçiləri görüb və silahdan atəş açıb. Hadisə yerindən qaçan oğrular axtarışa verilib.
Qeyd edək ki, hadisə zamanı Lukas Ernandes UEFA Çempionlar Liqasında "Zalsburq"la oyun üçün Avstriyaya yollanıb.
Namiq HUN
tag: UEFA, Çempion ,Liqa, Hadisə ,todaypress.az,