“Feyenoord” tilsimi qırdı

İdman

19.02.2025 09:55

2756

Niderlandın “Feyenoord” klubu Çempionlar Liqasındakı 1/8 final həsrətinə son qoyub.   

TodayPress xəbər verir ki, Rotterdam təmsilçisi pley-offda “Milan” klubunu mübarizədən kənarlaşdıraraq 50 ildən sonra bu mərhələyə yüksəlib. 

“Feyenoord” sonuncu dəfə 1974/1975 mövsümündə 1/8 finala adlayıb. O zaman 1/16 finaldan yarışa başlayan klub bir mərhələ keçməklə 1/8 finala yüksəlib.  

Qeyd edək ki, “Feyenoord” ilk matçda evdə 1:0 hesabı ilə məğlub etdiyi “Milan”la səfərdə sülhə imza atıb 1:1.   

Namiq HUN

tag: Rotterdam,Feyenoord,Çempionlar Liqası,Milan,Todaypress.az,