FFF “Tur”un fəaliyyətini dayandırmasını təsdiqlədi

İdman

27.02.2025 18:45

899

Fransa Futbol Federasiyası kubokun yarımfinalçısının fəaliyyətini dayandırdığı xəbərini yayıb.   

TodayPress xəbər verir ki, Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi klubla bağlı qərarı təsdiqləyib. 

Peşəkar futbolçular Patrik Vieyra və Olivye Jirunun bir vaxtlar formasını geyindiyi “Tur” klubunun ləğvi ilə bağlı ilkin qərar 2024-cü ilin yayında verilsə də, apelyasiya proseduru çərçivəsində dayandırılmışdı.

Lakin klubun maliyyə problemləri həll olunmadığı üçün yanvarın 30-da Orlean məhkəməsi “Tur”u ləğv etməyə qərar verib.

FFF də məhkəmənin qərarını təsdiqləyib. Qeyd edək ki, cari mövsümdə 6-cı divizionda çıxış edən “Tur” klubu ötən əsrin 80-ci illərində Liqa1-də eyniadlı şəhəri təmsil edib. Klub iki dəfə Fransa kubokunun  yarımfinalına yüksəlib.   

Namiq HUN

tag: Fransa,Futbol,Klub,Tur,Todaypress.az,