FIE prezidenti fəaliyyətini dayandırdı

İdman

05.12.2024 15:20

1891

Alişir Usmanov Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) prezidenti kimi fəaliyyətini könüllü olaraq dayandırıb.

TodayPress xəbər verir ki, özbək əsilli rusiyalı iş adamı ona qarşı tətbiq edilən sanksiyaların rəhbərlik etdiyi quruma təsir etməməsi üçün bu addımı atıb.

Qeyd edək ki, Usmanov 2008-ci ildən FIE-yə rəhbərlik edir. O, 2022-ci ildə Avropa ittifaqının sanksiyaları səbəbindən təşkilatın rəhbəri vəzifəsinin icrasını dayandırıb. Bu il noyabrın 30-da Usmanov yenidən FIE-nin prezidenti seçilib.

Namiq HUN

tag: FİE ,Vəzifə ,İcra ,Avropa ,Sanksiya ,todaypress.az,