FIFA PFF ilə bağlı qərarını ləğv etdi

İdman

03.03.2025 16:55

1425

FIFA fevralın 6-da Pakistan Futbol Federasiyasına (PFF) qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib.

TodayPress xəbər verir ki, fevralda qurumun Şura Bürosu ciddi qanun pozuntularına görə PFF və Konqo Futbol Federasiyasının (FECOFOOT) fəaliyyətini dayandırıb. 

PFF-yə qarşı sanksiyalar təşkilatın nizamnaməsinin ədalətli və demokratik seçkilərin keçirilməsini və davam edən normallaşma prosesi çərçivəsində federasiyanın üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilməsini təmin edən yenidən işlənmiş variantının qəbul edilməməsi səbəbindən tətbiq edilib.

Açıqlamada, PFF-nin nizamnamənin yenidən işlənmiş variantını yekdilliklə təsdiqləməklə FIFA-nın bütün tələblərini yerinə yetirdiyi nbildirilib.

Namiq HUN

tag: FIFA,PFF,İdman,Dünya,todaypress.az,