Fiqurlu konkisürənlərin qısa proqramı başa çatdı

İdman

28.03.2025 12:08

2804

ABŞ-nin Boston şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir. 

TodayPress xəbər verir ki, mundialda Azərbaycan təmsilçisi Vladimir Litvintsev qısa proqramla çıxış edib. 

Müsiflər heyəti idmançımızın çıxışını 83,10 xalla qiymətləndirib. 

39 iştirakçı arasında 13-cü olan Litvintsev sərbəst proqramda çıxış etmək hüququ qazanan 24-lükdə yer alıb. Qısa proqramda ABŞ təmsilçisi İlya Malinin 110,41 xalla  hamını qabaqlayıb.

Qeyd edək ki, bu gün idman rəqslərində də yarışa start veriləcək. Samanta Ritter və Daniel Brıkalovdan ibarət Azərbaycan dueti də ritmik rəqslə çıxış edəcək.   

Namiq HUN

tag: ABŞ,Boston,Təmsilçi,Çempionat,Todaypress.az,