"Formula 2": Sıralama turunu Rixard Versxor qazandı
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
TodayPress xəbər verir ki, 11 komandanın mübarizə apardığı yarışda ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.
"ART Qrand Priks"in fransalı pilotu Viktor Martins ikinci, "Prema"da çıxış edən italiyalı Kimi Antenolli isə üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Namiq HUN
tag: Bakı, Formula, Azərbaycan, Qran-Pri, Trident, Rixard Versxor, todaypress.az,