Forvard “Barsa”dan ayrılmağa qərar verdi
“Barselona” klubunun futbolçusu Pau Viktor komandasını dəyişmək istədiyini dilə gətirib.
TodayPress “Sport.es”ə istinadən xəbər verir ki, hücumçu yay “transfer pəncərəsi”ndə Kataloniya təmsilçisini tərk etmək istəyir.
23 yaşlı futbolçunun qarşıdakı üç oyundan sonra komandanı tərk edəcəyi bildirilib.
Qeyd edək ki, Pau Viktor cari mövsüm meydana çıxdığı 27 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Barselona,Pau Viktor,Forvard,Klub,Todaypress.az,