Frenki de Yonq “Barselona”dan narazıdır

İdman

10.12.2024 15:58

1858

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun klub rəhbərliyi ilə münasibətləri yaxşı deyil.

TodayPress xəbər verir ki, klubun idarə heyəti və həkimləri hesab edirlər ki, de Yonq fiziki formada deyil.

Futbolçunun isə topuq biləyindən aldığı zədədən sonra uzun müddət sağalmağa ehtiyacı var.

Bundan başqa, klub rəhbərliyi yarımmüdafiəçinin oyununun gözlənilən səviyyəyə uyğun olmadığını bildirib.

Qeyd edək ki, daha əvvəl “Barselona” de Yonqla müqaviləni uzatmaq istəyib. Niderlandlı futbolçuya əmək müqaviləsi göndərilsə də, yarımmüdafiəçi təklifə cavab verməyib. 

Nəticədə rəhbərliyin növbəti transfer pəncərəsində futbolçunu 20 milyon avroya satmaq qərarına gəldiyi barədə məlumatlar ortaya çıxıb.

Namiq HUN

tag: Müddət, Zədə, Fiziki ,Yonq, todaypress.az,