Futbolçu yeni mövsümdə matçları buraxa bilər

İdman

10.05.2025 15:54

13

“Real Madrid” klubunun yarımmüdafiəçisi Cud Bellinqem yeni mövsümün bir neçə matçını buraxa bilər.

TodayPress “Marca”ya istinadən xəbər verir ki, futbolçu çiynindən əməliyyat olunacaq.

Proses klublararası dünya çempionatının startından əvvəl baş tutsa, ingiltərəli oyunçu 2025/2026 mövsümünün başlanğıcına qədər sağala bilər. Əks halda, o, sentyabr ayından tez meydana çıxa bilməyəcək.

Qeyd edək ki, yarımmüdafiəçi 2023-cü ilin noyabrında “Rayo Valyekano” ilə matçda çiynindən zədələnib.

Namiq HUN

tag: Real,Futbol,İdman,Məşqçi,todaypress.az,