Gimnastlarımız “AGF Trophy”də 14 medal qazandılar

İdman

31.03.2025 09:22

2704

Bədii gimnastika üzrə “AGF Trophy” turnirinə yekun vurulub.   

TodayPress xəbər verir ki, Bakı turnirinin son yarış günündə daha iki gimnastımız fəxri kürsüyə qalxıb. 

Bədii gimnastika üzrə böyüklərdən ibarət milli komandanın üzvlərindən Kamilla Seyidzadə topla hərəkətlərdə gümüş, Zöhrə Cəfərova isə lentlə hərəkətlərin icrasında bürünc mükafata layiq görülüb. 

Nəticədə Azərbaycan təmsilçiləri “AGF Trophy” beynəlxalq turnirində qazanılan medalların sayını 14-ə çatdırıb. 

Qeyd edək ki, yarışda ümumilikdə 16 ölkədən 68 fərdi gimnast və 14 qrup hərəkətləri komandası iştirak edib.   

Namiq HUN

tag: Azərbaycan,Gimnastika,Yarış,Uğur,MEdal,Todaypress.az,