Gimnastlarımız Dünya Kubokunda 3 medal qazandı

İdman

24.02.2025 09:34

2413

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku başa çatıb. 

TodayPress xəbər verir ki, iki gün davam edən yarışda gimnastlar fərdi və sinxron proqramlar üzrə mübarizə aparıblar.

Tamblinq üzrə milli komandanın üzvlərindən Adil Hacızadə qızıl, Tofiq Əliyev isə gümüş medala sahib çıxıb.

Batut gimnastikası üzrə qarışıq sinxron cütlüklərin yarışında isə Selcan Mahsudova və Əli Niftəliyev dueti bürünc medala layiq görülüb. 

Namiq HUN

tag: Batut,Gimnastika,Yarış,İdmançı,Todaypress.az,