Hemilton: “Ferrari”də inanılmaz ehtiras var”

İdman

21.02.2025 12:39

1751

“Ferrari” komandasının məşhur britaniyalı pilot Lyuis Hemilton səkkizinci “Formula 1” çempionluğunu qazandıqdan sonra da karyerasını bitirməyi planlaşdırmadığını bildirib.   

TodayPress xəbər verir ki, Hemilton, daha çox titul qazanmağı hədəflədiyini söyləyib: 

“Məqsədimiz daha bir titul qazanmaqdır. Amma bununla da dayanmağı düşünmürəm. Mən artıq iki çempion komanda ilə işləmişəm. “Ferrari”də inanılmaz ehtiras var. Uğur qazanmaq üçün lazım olan hər şey buradadır”. 

Qeyd edək ki, ötən ay “Formula 1”in yeddiqat çempionu “Ferrari”nin Barselonada mövsümöncəsi sınaqlarında qəzaya uğrayıb.

Avtomobili sıradan çıxsa da, Hemilton xəsarət almayıb.   

Namiq HUN

tag: Lyuis Hemilton,Ferrari,Formula 1,Çempion,Todaypress.az,