Hidayət Heydərov Avropanın ən yaxşı cüdoçusu mükafatını ald

İdman

26.04.2025 11:45

16

Monteneqronun paytaxtı Podqoritsada təşkil edilən cüdo üzrə Avropa çempionatı çərçivəsində qala gecəsi keçirilib.   

TodayPress xəbər verir ki, tədbirdə 2024-cü ilin yekunlarına əsasən Avropanın ən yaxşıları mükafatlandırılıb. 

Olimpiya çempionu Hidayət Heydərov (73 kq) “İlin ən yaxşı kişi cüdoçusu” adına layiq görülüb.

Ona mükafatı Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Toth təqdim edib. 

Avropada “İlin ən yaxşı kişi məşqçisi” isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Rixard Trautman seçilib.

Ona mükafatı Avropa Cüdo Birliyinin idman direktoru Aqron Kuka təqdim edib. 

Xatırladaq ki, fevral ayında Parisdə keçirilən tədbirdə həm Hidayət Heydərov, həm də Rixard Trautman dünya üzrə də ilin ən yaxşıları seçilmişdilər.   

Namiq HUN

tag: Hidayət Heydərov, Cüdo, Beynəlxalq, Olimpiya, todaypress.az,