İlkin Ağayev tapşırıq aldı

İdman

17.02.2025 14:00

1495

Qadın boksçulardan ibarət Azərbaycan milli komandasında yeni baş məşqçi təyinatı rəsmiləşib.   

TodayPress xəbər verir ki, yığma İlkin Ağayevə həvalə edilib. 

Onun qarşısına qadın boksunun inkişafı və beynəlxalq arenada uğurlu çıxış məqsədi qoyulub. 

Qeyd edək ki, 36 yaşlı gənc mütəxəssis 2017-ci ildən məşqçi kimi fəaliyyət göstərir. O, son 3 ildə məhz qadınlardan ibarət Azərbaycan yığmasında çalışıb. 

Namiq HUN

tag: Qadın boksçu, Azərbaycan milli komandası,İlkin Ağayev, Azərbaycan yığması,Todaypress.az,