İngiltərə klubunun futbolçusu komaya düşdü

İdman

14.05.2025 11:05

15

“Nottingem Forest” klubunun hücumçusu Tayvo Avoniya komaya düşüb.   

TodayPress Britaniya mətbuatına istinadən xəbər verir ki, forvard Premyer Liqanın XXXVI turunun “Lester”lə matçında (2:2) qapı çərçivəsi ilə toqquşması zamanı qarın nahiyəsindən zədə alıb.   

Cəmi 7 dəqiqə meydanda olan futbolçu bir gün əvvəl əməliyyat olunduqdan sonra onun vəziyyəti yenidən pisləşib.

Həkimlər belə nəticəyə gəliblər ki, Avoniya tezliklə başqa bir əməliyyata qatılmalıdır. Çünki zədə düşünüldüyündən daha mürəkkəbdir.   

Avoniya hazırda komadadır.   

Qeyd edək ki, 27 yaşlı Tayvo Avoniya cari mövsüm “Nottingem Forest”in heyətində 32 oyuna çıxıb.

O, meydanda olduğu 815 dəqiqə ərzində 2 qol vurub.   

Namiq HUN

tag: İngiltərə,Klub,Zədə,Koma,Todaypress.az,