İspaniya və Fransa millilərinin Münhen qarşıdurması
Futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.
TodayPress xəbər verir ki, Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa milliləri finala vəsiqə uğrunda yarışacaqlar.
İspaniya AVRO-2024-ün ən yaxşı komandasıdır. De la Fuentenin yetirmələri parlaq oyununa görə təriflənir. Pireneylilər yarımfinala qədər olan məsafəni qüsursuz qət ediblər. 5 matç, 5 qələbə.
Fransa isə bunun tam əksidir. “Xoruzlar” çempionatın favoritlərindən sayılmalarına rəğmən, rəqiblərini çətinliklə keçiblər. Didye Deşamın komandası qrupda 2 heç-heçə edib, pley-offda belçikalıların avtoqolu, portuqallarla isə uğurlu penaltilər seriyasında şansını arayıb. İspaniyaya qarşı belə amillər kifayət edəcəkmi?
Sloveniyalı FIFA referisi Slavko Vinçiçin idarə edəcəyi matç saat 23:00-da start götürəcək.
Namiq HUN
tag: İspaniya, AVRO 2024,Fransa, Futbol, Sloveniya, todaypress.az,