İstanbul derbisi: “Qalatasaray” öz meydanında “Fənərbağça” ilə heç-heçə edib

İdman

25.02.2025 04:34

1276

Futbol üzrə Türkiyə Superliqasında XXV tura yekun vurulub.

 

TodayPress xəbər verir ki, turun bağlanış oyununda "Qalatasaray" öz meydanında "Fənərbağça"nı qəbul edib. Görüş qolsuz heç-heçə ilə nəticələnib.

 

Matçı sloveniyalı tanınmış hakim Slavko Vinçiç idarə edib.

 

Bu nəticədən sonra "Qalatasaray" 64 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 58 xalla 2-ci pillədə qərarlaşıb.

 

tag: Qalatasaray, Türkiyə, Fənərbağça, Slavko Vinçiç, todaypress.az,