İstanbul derbisini əcnəbi hakim idarə edəcək

İdman

18.03.2025 09:52

2746

Əcnəbi hakimlər yenidən Türkiyə Super Liqası matçına dəvət alıblar.   

TodayPress yerli mətbuata istinadən xəbər verir ki, İstanbul derbisini əcnəbi hakimlər idarə edəcək.   

Super Liqanın XXVIII turu çərçivəsində martin 29-da keçiriləcək “Beşiktaş” - “Qalatasaray” matçı bosniya və herseqovinalı referi İrfan Pelitoya tapşırılıb. 

Qeyd edək ki, daha əvvəl “Qalatasaray” - “Fənərbaxça” görüşünü (0:0) sloveniyalı hakim Slavko Vinçiç idarə edib.   

Namiq HUN

tag: Türkiyə,Super Liqa,Futbol,HAkim,İrfan Pelito,Todaypress.az,