İtaliya derbisini “Yuventus” qazandı
İtaliya A Seriyasının XXV turunda “Yuventus” “İnter”ə qalib gəlib.
TodayPress xəbər verir ki, “Alyans” stadionunda baş tutan görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Turin qarşılaşmasında yeganə qolu 74-cü dəqiqədə portuqaliyalı hücumçu Fransisko Konseysao vurub.
Qeyd edək ki, “Napoli” 56 xalla A Seriyasının lideridir. “İnter” 54 xalla ikinci, “Yuventus” isə liderdən 10 xallıq geriləmə ilə 4-cü yerdədir.
Namiq HUN
tag: İtaliya,Seriya,Yuventus,İnter,Todaypress.az,