Jokiç 35 dəqiqəyə “Atlanta”nı məhv etdi
“Denver” klubunun serbiyalı basketbolçusu Nikola Jokiç məhsuldar oyunu ilə yenidən adından söz etdirib.
TodayPress xəbər verir ki, 29 yaşlı basketbolçu “Denver” və “Atlanta” (141:111) arasında baş tutan mövsümü matçda rəqibin məğlubiyyətində həlledici rol oynayıb.
O, 35 dəqiqə ərzində 48 xal, 14 ribaund və 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, daha əvvəl “Vaşinqton”la oyunda 56 xal toplayan Jokiç şəxsi rekordunu müəyyən edib.
Namiq HUN
tag: Denver,Nikola Jokiç,Atlanta,Vaşinqton,todaypress.az,